“Azercell” QSC-ni 61 manat borca görə məhkəməyə verib

“Azercell” QSC-ni 61 manat borca görə məhkəməyə verib “Azercell Telekom” MMC Datasell QSC-ni məhkəməyə verib.
Hadisə
112
8 May , 2019 15:25
“Azercell” QSC-ni 61 manat borca görə məhkəməyə verib

“Azercell Telekom” MMC "Datasell" QSC-ni məhkəməyə verib.

"Report"un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC 41 manat 05 qəpik abunə və xidmət haqqının, 20 manat dövlət rüsumunun və ümumilikdə isə 61 manat 05 qəpik vəsaitin tutulması barədə tələb irəli sürüb.

Məhkəmədə elan olunub ki, ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdə iddiaçı qeyd edilən məsələ ilə bağlı "Datasell" QSC-yə pretenziya qaydasında müraciət etməli olduğu halda, bunu etməyib, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozub.

Məhkəmənin qərarı ilə sənədlər geri qaytarılıb.

Son xəbərlər

Orphus sistemi