“Azercell”in transformatorunu təmir edən mühəndisi cərəyan vuraraq öldürüb

“Azercell”in transformatorunu təmir edən mühəndisi cərəyan vuraraq öldürüb Bakı. 29 mart. REPORT.AZ/ “Azercell” MMC-yə məxsus transformatorda təmir işləri aparan şəxs bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə
29 Mart , 2018 10:53
“Azercell”in transformatorunu təmir edən mühəndisi cərəyan vuraraq öldürüb

Bakı. 29 mart. REPORT.AZ/ “Azercell” MMC-yə məxsus transformatorda təmir işləri aparan şəxs bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un xəbərinə görə, hadisə Yardımlı rayonunun Zevin kəndində qeydə alınıb.

Məlumata görə, həmin kənddə quraşdırılan “Azercell” MMC-yə məxsus transformatorda təmir işləri aparan mühəndis, 1975-ci il təvəllüdlü Quliyev Xasay Ağakərim oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, X.Quliyev “Loginet” şirkətinin əməkdaşı olub.

Son xəbərlər

Orphus sistemi