Bakı Kommersiya Məhkəməsində “Azercell Telekom” MMC-nin “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyətinə qarşı “pul” tələbinə dair iddiasına baxılıb.
“Report” xəbər verir ki, hakim Səbinə Nuriyevanın sədrlik etdiyi prosesdə qətnamə qəbul edilib.
Qərara əsasən, “Azercell Telekom” MMC cavabdeh “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyətinə qarşı 98 manat 40 qəpik abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 118 manat 40 qəpik vəsaitin tutulması qət edilib.
İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyətinə iddiaçı “Azercell Telekom” MMC ilə bağladığı müqavilələr üzrə iddiaçının rabitə xidmətlərindən istifadə edib və nəticədə onun 98.40 manat məbləğində borcu yaranıb və ödəməyib.
Qeyd edək ki, “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti 2018-ci ildə Dövlət Turizm Agentliyinin tabeliyindən çıxarılaraq Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
1996-cı ilin yanvarında təsis edilən mobil operator kimi təsis edilən Azercell Telekom MMC hazırkı 100% sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş," şirkətidir.