Yuxarı

Azərbaycanda qadınlardan ibarət cinayətkar dəstə tutulub - FOTO

Faktla bağlı araşdırma aparılır

Bakı. 26 sentyabr. REPORT.AZ/ Ağdamda qadınlardan ibarət olan oğurluqla məşğul olan dəstə saxlanılıb. "Report" xəbər verir ki, Ağdam sakini Fərhad İsmayılov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan kişi geyimlərinin oğurlandığını bildirib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 50 yaşlı Sona Nadirova, 48 yaşlı Qumru Nadirova, 40 yaşlı Gülnaz Seyidova və 50 yaşlı İsmayıl Nadirov şübhəli şəxs qismində saxlanılıb.

İsmayıl Nadirovun avtomobilinə baxış keçirən zaman avtomobildən oğurluq  paltarlar aşkar edilib. İlkin dindirilmə zamanı saxlanan şəxslər əməllərini etiraf ediblər. İstintaq zamanı onların qohum olduğu, eyni zamanda qadınların başqa dükanlardan da oğurluq etdiyi məlum olub. Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi