Azərbaycanlının meyiti Sankt-Peterburqda küçədə aşkar edilib

Azərbaycanlının meyiti Sankt-Peterburqda küçədə aşkar edilib Rusiyanın Sankt-Peterburq şəhərinin Vasileostrovski rayonundakı küçələrindən birində 30 yaşlı kişi meyiti aşkar edilib.
Hadisə
26 Aprel , 2019 12:52
Azərbaycanlının meyiti Sankt-Peterburqda küçədə aşkar edilib
0 : 00
0 : 00

Rusiyanın Sankt-Peterburq şəhərinin Vasileostrovski rayonundakı küçələrindən birində 30 yaşlı kişi meyiti aşkar edilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, naməlum kişi meyiti dünən gecə yoldan keçənlər tərəfindən mağaza yaxınlığında tapılıb.

Sakinlər dərhal hüquq-mühafizə orqanlarına müraciət ediblər. Meyit üzərində heç bir zorakılıq əlaməti olmayıb.

Polisin məlumatına görə, ölən şəxs azərbaycanlıdır, Sankt-Peterburqda qeydiyyatda olub və yaşayıb.

Meyit məhkəmə-tibbi ekspertiza bürosuna göndərilib.

Son xəbərlər

Orphus sistemi