Yuxarı

Rusiyada Moldova və ​Azərbaycan vətəndaşları telefon kabeli oğurluğunda ittiham olunurlar

Onlar ekskavatorla yerin altından mis kabeli çıxardarkən, iş başında yaxalanıblar

Bakı. 18 noyabr. REPORT.AZ/ Moskvada 12 Özbəkistan, Moldova və Azərbaycan vətəndaşı 800 metr uzunluğunda bahalı kabeli oğurlayıblar.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, miqrantlar bununla da, paytaxt mikrorayonlarından birinin əhalisini telefon rabitəsindən məhrum etmiş olublar.

Polisdən bildirilib ki, əcnəbilər ekskavatorun köməkliyi ilə yerin altından mis kabeli çıxardarkən, iş başında yaxalanıblar. Hazırda dəyən ziyanın məbləği hesablanır.

Rabitəsiz qalan mikrorayonda on minlərlə şəhərli yaşayır. Ziyan, həmçinin təşkilat, xəstəxana və uşaq bağçalarına dəyib.

Polisdən qeyd olunub ki, miqrantlardan ibarət dəstə sənaye miqyasında əlvan metal hasilatı ilə məşğul olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi