​Azərbaycanlılar Kiyevin mərkəzində yol qəzasına düşüblər - FOTO

​Azərbaycanlılar Kiyevin mərkəzində yol qəzasına düşüblər - FOTO Onlar maşını hadisə yerində qoyaraq oradan uzaqlaşıblar
Hadisə
8 Aprel , 2015 08:03
​Azərbaycanlılar Kiyevin mərkəzində yol qəzasına düşüblər - FOTO

Bakı. 8 aprel. REPORT.AZ/ Aprelin 7-də Kiyevin əsas küçəsi sayılan Kreşatikdə azərbaycanlıların iştirakı ilə maraqlı yol qəzası baş verib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, "Lada" və "Toyota Land Cruiser"in toqquşmasından sonra Rusiya istehsalı olan avtomobilin sahibləri maşında olan maqnitola, səs gücləndirici və balon açarı götürərək hadisənin baş verdiyi yerdən yayınıblar.

Onlar gedərkən hətta avtomobildə olan benzini də çəkərək özləri ilə aparıblar.

Bu barədə hadisə şahidləri öz "Facebook" səhifələrində yazıblar.

"Dedilər ki, o bizə lazım deyil. Hadisə yerinə gələn yol polisləri vəziyyətlə barışana və avtomobili oradan aparanadək yolda tıxac yarandı", – deyə Alina Titova adlı istifadəçi yazıb.

O, həmçinin qeyd edib ki, "Lada"nın sahibləri azərbaycanlılar olublar.

Son xəbərlər

Orphus sistemi