Azərbaycanlı Ukraynada antiterror əməliyyatı zonasında xidmət etmiş şəxsi qətlə yetirib

Azərbaycanlı Ukraynada antiterror əməliyyatı zonasında xidmət etmiş şəxsi qətlə yetirib Onun barəsində həbs qətimkan tədbiri seçilib
Hadisə
6 Mart , 2018 14:36
Azərbaycanlı Ukraynada antiterror əməliyyatı zonasında xidmət etmiş şəxsi qətlə yetirib

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan vətəndaşı Ukraynada antiterror əməliyyatı zonasında xidmət etmiş şəxsi qətlə yetirib.

“Report”un əldə etdiyi məlumata görə, əslən Bərdə rayonundan olan Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Rasim Məmmədov Kiyev şəhərində mübahisə zəminində Ukrayna vətəndaşını öldürüb. Qətlə yetirilən şəxsin antiterror əməliyyatı zonasında xidmət etdiyi bildirilir.

Hadisə yerindən qaçan R.Məmmədovu hüquq-mühafizə orqanları Ukraynanın Zaporojye əyalətində tutublar. Kiyev şəhər polisinə gətirilən R.Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi