Azərbaycanlı turistlər Kiyevdə yol qəzasına düşüblər - FOTO

Azərbaycanlı turistlər Kiyevdə yol qəzasına düşüblər - FOTO İki nəfər cüzi xəsarət alıb
Hadisə
6 Noyabr , 2017 00:59
Azərbaycanlı turistlər Kiyevdə yol qəzasına düşüblər - FOTO

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu yaxınlarda Azərbaycandan əyləncə tədbirində iştirak etmək üçün Ukraynaya gedən turistlər yol qəzasına düşüblər.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, qəza noyabrın 3-ü səhər saatlarında Kiyevin Lobanovski və Qolovka küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə "VAZ" markalı avtomobilin bakılı turistlərin olduğu "BMW"nin sürücü əyləşən hissəsinə çırpılması nəticəsində baş verib.

Hər iki sürücü işıqforun yaşıl işığında hərəkət etdiyini bildirib. Lakin ilkin araşdırmalara görə, qəzaya "VAZ"ın sürücüsü səbəb olub.

Cüzi xəsarət alan hər iki sürücüyə hadisə yerində tibbi yardım göstərilib.

Son xəbərlər

Orphus sistemi