Azərbaycanlı Rusiyada soyğunçu tərəfindən döyülüb

Azərbaycanlı Rusiyada soyğunçu tərəfindən döyülüb Rusiyanın Leninqrad vilayətində naməlum şəxs metal qırıntılarının qəbulu məntəqəsinə hücum edib.
Hadisə
3 iyun 2019 07:51
Azərbaycanlı Rusiyada soyğunçu tərəfindən döyülüb

Rusiyanın Leninqrad vilayətində naməlum şəxs metal qırıntılarının qəbulu məntəqəsinə hücum edib.

"Report" "Nevskie Novosti"yə istinadən xəbər verir ki, hücum edən şəxs məntəqənin azərbaycanlı və özbəkistanlı iki əməkdaşını döydükdən sonra kassdan 170 min rubl (təxminən 4400 manat) götürərək hadisə yerindən qaçıb.

Zərərçəkənlər tibbi yardıma ehtiyac duyublar.

Məlumdur ki, onlardan biri açıq kəllə-beyin travması, baş beynin zədələnməsi və təpə sümüyünün qırılması diaqnozu ilə ağır vəziyyətdə reanimasiyadadır.

Digər zərərçəkən isə beyin silkələnməsi, qapalı kəllə-beyin travması və əl qırılması diaqnozu ilə xəstəxanaya qəbul edilib. Həkimlər onun vəziyyətini orta kimi qiymətləndirib.

Polis hücum edən şəxsi axtarır.

Son xəbərlər

Orphus sistemi