Yuxarı
    Bağlamaq

    ​Azərbaycanlı Rusiyada 124 qram heroinlə yaxalanıb

    Şübhəli şəxs narkotik vasitəni Tacikistan vətəndaşından əldə edib

    Bakı. 24 mart. REPORT.AZ/ Rusiyanın Rostov vilayətində üzərində 100 qramdan çox heroin olan 30 yaşlı azərbaycanlı saxlanılıb.

    "Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin vilayət üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, şübhəli şəxs region ərazisinə heroin gətirilməsinin qarşısının alınması üzrə əməliyyat-axtarış tədbirləri aparılan zaman saxlanılıb.

    Onun üzərinə baxış zamanı gödəkçəsinin iç cibindən çəkisi 124 qram olan narkotik vasitə bağlaması tapılıb. Polis əməkdaşları müəyyən ediblər ki, əvvəllər narkotik vasitə saxlamağa görə məhkum olunan şübhəli şəxs yanvar ayından etibarən Tacikistan vətəndaşından heroin almağa başlayıb.

    Hazırda ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsi üzrə (Külli miqdarda narkotikin qanunsuz saxlanılması) cinayət işi açılıb.

    Saxlanılan şəxsi 10 ilədək həbs cəzası gözləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi