Bakı. 3 avqust.
"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktına əsasən, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında bir neçə nəfər qadını Türkiyəyə aparıb.
Belə ki, 5 nəfər - Arzu Səmədova, Şəhanə Qədımova, Nərgiz Cəfərova, Ruhiyyə Alıyeva və Pərvanə Məmmədova (hamısının ad və soyadları şərtidir) təqsirləndirilən şəxslərin cinayət əməllərinin qurbanları olublar.
Cinayət materiallarında X.Ələkbərov və Z.Quliyevanın 5 nəfəri Türkiyəyə yüksək maaşla işləmək adı ilə apardıqları qeyd olunub. Həmin şəxsləri Türkiyədə Z.Quliyeva özü qarşılayıb. Onların xarici pasportunu alaraq qadınları cinsi istismara məruz qoyub və yaşadıqları evdə ayrı-ayrı şəxslərlə intim münasibətdə olmağa məcbur ediblər.
Məhkəmədə elan olunmuş ittiham üzrə X.Ələkbərov özünü təqsirli bilməyib. Deyib ki, zərərçəkmiş qadınları Türkiyəyə iş üçün göndərib.
Z.Quliyeva da özünü təqsirli bilmədiyini söyləyib.
Zərərçəkmiş şəxslər isə məhkəmə prosesində iştirak etməyiblər.
Məhkəmənin növbəti iclası avqustun 9-na təyin edilib.