Azərbaycanlı qadınları Türkiyəyə aparan qadın məhkəmə zalından azadlığa buraxılıb

Azərbaycanlı qadınları Türkiyəyə aparan qadın məhkəmə zalından azadlığa buraxılıb Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymaqda təqsirləndirilən Lətafət Fərhadlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
19 Yanvar , 2018 12:09
Azərbaycanlı qadınları Türkiyəyə aparan qadın məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymaqda təqsirləndirilən Lətafət Fərhadlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə L.Fərhadlı 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti məhkum etmə) maddəsi tədbiq edililərək, qadına şərti cəza verilib. L.Fərhadlı məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, L.Fərhadlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun iki qadını Türkiyəyə apararaq cinsi istismara məruz qoyduğu məlum olub.

L.Fərhadlıya qarşı CM-nin 144-cü (insan alveri) maddəsi ilə ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi