Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan şəxsin məhkəməsi başlayıb

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan şəxsin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Günay Axundovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
10 Aprel , 2019 11:21
Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Günay Axundovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilğn şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 17-nə təyin edilib.

Qeyd edək ki, Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Günay Axundovanın həbs edilməsi üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirib.

Məlum olub ki, o, bir neçə Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə aparıb, orada cinsi istismara məruz qoyub.

G.Axundovanın əməllərindən zərərçəkmiş qadınlar baş idarəyə şikayət edib. Şikayət əsasında araşdırma aparılıb və o, saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi