Azərbaycanlı qadınları Malayziyada cinsi istismara məruz qoyan şəxs məhkəmə zalından azadlığa buraxılıb

Azərbaycanlı qadınları Malayziyada cinsi istismara məruz qoyan şəxs məhkəmə zalından azadlığa buraxılıb Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Malayziyada cinsi istismara məruz qoymaqda ittiham olunan Məlahət Bəşirovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
27 Fevral , 2019 17:38
Azərbaycanlı qadınları Malayziyada cinsi istismara məruz qoyan şəxs məhkəmə zalından azadlığa buraxılıb
Courtesy İmage

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Malayziyada cinsi istismara məruz qoymaqda ittiham olunan Məlahət Bəşirovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, ona şərti cəza verilib. M.Bəşirova məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Məlahət Bəşirova 2018-ci ilin sonlarında həbs edilib.

Belə ki, o, 2017-ci ildən “İnterpol” kanalları ilə beynəlxalq axtarışa verilib. Məlum olub ki, M.Bəşirova Azərbaycan vətəndaşı olan bir neçə qadını Malayziyaya aparıb və orada cinsi istismara məruz qoyub. O, həmin qadınların ümumvətəndaş pasportlarını əlindən alıb və kişi müştərilərlə görüşdürüb. Bu yolla qazanc əldə edib.

M.Bəşirovadan zərərçəkmiş qadınlar Türkiyədən Azərbaycana qayıtdıqdan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

Cinayət işində 8 zərərçəkmiş qadın var.

Son xəbərlər

Orphus sistemi