Azərbaycanlı qadını cinsi istismara məruz qoyan kişiyə hökm oxunub

Azərbaycanlı qadını cinsi istismara məruz qoyan kişiyə hökm oxunub Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Vilayət Məsimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
29 yanvar 2019 09:40
Azərbaycanlı qadını cinsi istismara məruz qoyan kişiyə hökm oxunub

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Vilayət Məsimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report" xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.Məsimov Azərbaycan vətəndaşı olan bir qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub.

Belə ki, o, Səbinə Əhmədovanı (ad və soyadı şərti) Türkidəyə olan dəstənin digər üzvlərinə təhvil verib.

Dəstənin digər üzvləri S.Əhmədovanı Türkiyədə kişi müştərilərlə görüşdürüb, cinsi istismara məruz qoyaraq maddi gəlir əldə ediblər.

Həmin qadın Azərbaycana qayıdandan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Onun şikayəti əsasında V.Məsimov həbs edilib.

Son xəbərlər

Orphus sistemi