Azərbaycanlı qadın Düsseldorf hava limanında saxlanılıb

Azərbaycanlı qadın Düsseldorf hava limanında saxlanılıb Yerli məhkəmə onun barəsində həbs qərarı çıxarıb
Hadisə
3 Mart , 2018 15:24
Azərbaycanlı qadın Düsseldorf hava limanında saxlanılıb

Bakı. 3 mart. REPORT.AZ/ Almaniyadan Türkiyəyə gedən azərbaycanlı qadın Düsseldorf hava limanında saxlanılıb.

“Report”un məlumatına görə, yerli məhkəmə Gülnarə Babayeva barəsində həbs qərarı çıxarıb.

O, ümumilikdə, 7 hadisə üzrə 32 min avro məbləğində dələduzluq etməkdə şübhəli bilinir.

Qadının yaşadığı evdə Azərbaycan pasportları da daxil olmaqla, ümumilikdə, 54 sənəd tapılıb.

Son xəbərlər

Orphus sistemi