Azərbaycanlı kafe sahibi dəyənəklə müştəriyə ölümcül xəsarətlər yetirməkdə ittiham olunur

Azərbaycanlı kafe sahibi dəyənəklə müştəriyə ölümcül xəsarətlər yetirməkdə ittiham olunur O, 9 il müddətinə azadlıqdan məhrum edilə bilər
Hadisə
23 Oktyabr , 2017 18:16
Azərbaycanlı kafe sahibi dəyənəklə müştəriyə ölümcül xəsarətlər yetirməkdə ittiham olunur

Bakı. 23 oktyabr. REPORT.AZ/ Ukraynada azərbaycanlı kafe sahibi dəyənəklə müştəriyə ölümcül xəsarətlər yetirməkdə ittiham olunur.

"Report" Kiyev vilayətinin prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, kafenin 31 yaşlı sahibinə qarşı iddianamə artıq məhkəməyə göndərilib.

İstintaqın versiyasına görə, Kiyev vilayətinin Skvirski rayonunda kafe sahibi və sərxoş müştərilərdən biri arasında sözlü münaqişə yaranıb. Kafedən əsəbi şəkilədə çölə çıxan 64 yaşlı müştəri Ukraynada yaşamaq icazəsi olan azərbaycanlı kafe sahibinin avtomobilinə xəsarət yetirib.

Daha sonra kafe sahibi qardaşı ilə birlikdə həmin şəxsi taparaq dəyənəklə onun baş, bədən və ayaqlarına zərbələr endiriblər. Zərərçəkən elə həmin gün yerli xəstəxanada keçinib.

Kafe sahibi qətl tötətməkdə təqsirli bilinib. O, 9 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Son xəbərlər

Orphus sistemi