Azərbaycanlı jurnalist Türkiyədə xərçəng xəstəliyindən vəfat edib

Azərbaycanlı jurnalist Türkiyədə xərçəng xəstəliyindən vəfat edib Azərbaycanlı jurnalist Aynur Mirhəsən (Təhməzova) 43 yaşında vəfat edib.
Hadisə
19 Yanvar , 2020 15:10
Azərbaycanlı jurnalist Türkiyədə xərçəng xəstəliyindən vəfat edib

Azərbaycanlı jurnalist Aynur Mirhəsən (Təhməzova) 43 yaşında vəfat edib.

“Report” xəbər verir ki, o, Türkiyədə müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib.

Aynur Mirhəsən qan xərçəngi xəstəliyindən əziyyət çəkirdi. Son günlər isə səhhəti ağırlaşıb. Kimyəvi terapiyadan sonra ağciyərləri fəaliyyətini dayandırıb.

Onun cənazəsi bu gecə Azərbaycana gətiriləcək və Bakıda dəfn olunacaq.

Qeyd edək ki, A.Mirhəsən 1976-cı ilin yanvarın 27-də Bakıda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. O, “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərində, “Medifaorum”, “Ann.az” saytlarında işləyib. “Mediaforum” saytında layihə rəhbəri olub. Son illər Türkiyədə yaşayıb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi