Azərbaycanlı iş adamı Moskvada 6 il azadlıqdan məhrum edilib

Azərbaycanlı iş adamı Moskvada 6 il azadlıqdan məhrum edilib Bakı. 6 dekabr. REPORT.AZ/ Moskvanın İzmaylovo məhkəməsi Azərbaycan əsilli iş adamı Don Rafailovu 6 il müddətinə azadlıqdan məhrum edib.
Hadisə
6 Dekabr , 2017 11:28
Azərbaycanlı iş adamı Moskvada 6 il azadlıqdan məhrum edilib
РИА Новости

Bakı. 6 dekabr. REPORT.AZ/ Moskvanın İzmaylovo məhkəməsi Azərbaycan əsilli iş adamı Don Rafailovu 6 il müddətinə azadlıqdan məhrum edib.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, bir neçə ay davam edən istintaq araşdırmalarının nəticələrinə görə, biznesmen cinayətkar qruplaşmanın təşkili, qanunsuz miqrasiyanın təşkili və ticarət nişanlarından qanunsuz istifadə maddələri üzrə təqsirkar bilinib.

Qeyd edək ki, sahibkar, təqribən, 1500 qanunsuz miqrantın sənaye miqyasında "Bosco Sport", "Adidas" və "Chanel" markaları altında saxta məhsullar buraxdığı gizli istehsalın təşkilində ittiham edilib. D.Rafailov məhkəmə ünvanına yönələn ittihamların heç birini qəbul etməyib.

İstintaq nəticəsində müəyyən olunub ki, D.Rafailovdan başqa, mütəşəkkil cinayətkar qruplaşmanın tərkibinə "İzmaylovo" ictimai istehlak fondunun baş direktorunun müavini Ancarini Basam, eləcə də suriyalı, iraqlı və vyetnamlı şəxslər daxil olub.

Son xəbərlər

Orphus sistemi