Azərbaycanlı gənclər Ermənistanın Tbilisidəki səfirliyi qarşısında aksiya keçiriblər

Azərbaycanlı gənclər Ermənistanın Tbilisidəki səfirliyi qarşısında aksiya keçiriblər Aksiya iştirakçıları Ermənistanın girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasını tələb ediblər
Hadisə
16 Noyabr , 2017 12:57
Azərbaycanlı gənclər Ermənistanın Tbilisidəki səfirliyi qarşısında aksiya keçiriblər
Report

Tbilisi. 16 noyabr. REPORT.AZ/ Bir qrup azərbaycanlı gənc Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, əllərində Azərbaycan bayragı, "Dilqəm Əsgərova və Şahbaz Quliyevə azadlıq", "Əsirlərimizə azadlıq", "Torpqlarımıza azadlıq", "Ermənistan işğalçıdır", "Sarqisyan terrocudur" şüarları yazılmış plakatlar tutan aksiya iştirakçıları Ermənistanın girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasını, Ermənistandan işğalçılıq siyasətinə son qoymasını, işğal altında olan torpaqlardan geri çəkilməsini tələb ediblər.

Aksiyanın əsas təşkilatçılarından biri, Bavariyadakı Azərbaycan Diaspor Mərkəzinin rəhbəti Akif Məmmədov deyib ki, əsas məqsəd işgal olunmuş Azərbaycan torpaqlarının azad olunmasına, qanunsuz həbsdə olan soydaşlarımızın azadlığa buraxılmalarına nail olmaq, dünya ictimayyətinin diqqətini Ermənistanın işğalçılıq siyasətinə yönəltməkdir. Onun sözlərinə görə, bu cür tədbirlər davamlı olacaq, başqa şəhərlərdə də təşkil olunacaq.

Ermənistanda həbsdə olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, onlar atasının və  girovluqda olan digər azərbaycanlıların azad olunması üçün aksiyaları davam etdirəcəklər.

Metronun Marcanaşvili stansiyasindan başlayan aksiya Ermənustan səfirliyi qarşında başa çatib. Polis aksiya iştirakçılarını səfirliyin binasına yaxın buraxmayib.

Aksiya dinc şəraitdə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi