Rusiyada azərbaycanlı ər və arvadın meyitləri tapılıb

Rusiyada azərbaycanlı ər və arvadın meyitləri tapılıb Moskva. 18 yanvar. REPORT.AZ/ Rusiyanın Moskva vilayətinin Şaxovskaya rayonunda azərbaycanlı ər və arvad yaşadıqları evdə ölmüş halda tapılıblar.
Hadisə
18 Yanvar , 2019 11:27
Rusiyada azərbaycanlı ər və arvadın meyitləri tapılıb

Moskva. 18 yanvar. REPORT.AZ/ Rusiyanın Moskva vilayətinin Şaxovskaya rayonunda azərbaycanlı ər və arvad yaşadıqları evdə ölmüş halda tapılıblar.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, 1980-cı il təvəllüdlü Qurbanov Rasim Bəkir oğlu və həyat yoldaşı, 1985-ci il təvəllüdlü Qurbanova Lyudmila Səməd qızının rayon kənarında yaşadıqları həyət evlərində qonşuları tərəfindən ölmüş halda aşkarlanıblar.

Sağlam həyat tərzi keçirmiş və qəflətən evlərində ölü tapılan ər və arvadın meyitləri üzərində zorakılıq əlaməti aşkar olunmayıb. Ailənin 8 və 6 yaşlı iki oğlan övladı var.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi