Azərbaycanlı tanınmış ukraynalı qadın gimnastı maşınla vuraraq öldürüb

Azərbaycanlı tanınmış ukraynalı qadın gimnastı maşınla vuraraq öldürüb Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
16 İyun , 2019 18:33
Azərbaycanlı tanınmış ukraynalı qadın gimnastı maşınla vuraraq öldürüb

Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Avropa bürosu xəbər verir ki, hadisə iyunun 15-də yerli vaxtla 20:05-də qeydə alınıb.

Məlumata görə, 44 yaşlı azərbaycanlı "Mercedes" markalı avtomobildə Qorski küçəsi ilə hərəkətdə olarkən 77 yaşlı qadını vuraraq üstündən keçib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hüquq-mühafizə orqanlarındankı mənbələrin bildirdiyinə görə, ölən qadın "Karpat" klubunun (Lvov) əfsanəvi futbolçusu Boris Rassıxinin həyat yoldaşı, "Olimpiya-L" ixtisaslaşmış uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq dərəcəli hakim Lübov Rassıxinadır.

Son xəbərlər

Orphus sistemi