Azərbaycanlı dənizçilər Qara dənizdə batmış teploxoddan xilas ediliblər

Azərbaycanlı dənizçilər Qara dənizdə batmış teploxoddan xilas ediliblər Onların həyatı və sağlamlığı üçün təhlükə yoxdur
Hadisə
13 Oktyabr , 2018 15:32
Azərbaycanlı dənizçilər Qara dənizdə batmış teploxoddan xilas ediliblər

Bakı. 13 oktyabr. REPORT.AZ/ Qara dənizdə Panama bayrağı altında üzən və metal qalıqları daşıyan teploxod batıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin (Rosmorreçflot) Mətbuat xidmətindən bildiriblər.

Gəmi Azov limanından yola çıxıb və sahildən 50 mil məsafədə olub.

Teploxodun bütün ekipajı - iki Türkiyə və altı Azərbaycan vətəndaşı xilas edilib. Yunanıstan bayrağı altında üzən tanker onları Novorossiyskə çatdırıb.

"Rosmorreçflot"dan verilən məlumata görə, xlas edilən dənizçilərin həyatları və sağlamlıqları üçün təhlükə yoxdur.

Son xəbərlər

Orphus sistemi