Yuxarı

Azərbaycanda separatçılığı təbliğ edən şəxs Rusiyada saxlanılıb

​Azərbaycanlı bloqer Rusiyada saxlanılıb

Azərbaycanda separatçılığı təbliğ edən Elvin İsayev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

“Report”un əldə etdiyi məlumata görə, əslən Azərbaycanın Masallı rayonundan olan Elvin İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.

Sankt-Peterburq şəhər polisində ifadə verən E.İsayevin konkret saxlanılma səbəbləri haqqında heç bir məlumat verilməyib. Eyni zamanda onun Azərbaycanın Baş Prokurorluğunun tələbi ilə saxlanılması deyilsə də, bu hələ təsdiqini tapmayıb.

Məlumat üçün bildirək ki, Elvin İsayev son aylar bloqer kimi fəaliyyət göstərib. O, öz sosial şəbəkə hesablarından Azərbaycanda separatçılığı təbliğ edən, dövlət əleyhinə çağırışların, ictimai-siyasi sabitliyin pozulmasına, hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn müraciətləri ilə gündəmə gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi