Rusiyada azərbaycanlı biznesmeni öldürən şəxsin kimliyi müəyyənləşib

Rusiyada azərbaycanlı biznesmeni öldürən şəxsin kimliyi müəyyənləşib Saxlanılan şəxs qətlin səbəbini və təfərrüatını açıqlayıb
Hadisə
12 Fevral , 2019 13:14
Rusiyada azərbaycanlı biznesmeni öldürən şəxsin kimliyi müəyyənləşib

Moskva. 12 fevral. REPORT.AZ/ Yanvarın 31-də Rusiyanın Arxangelsk şəhərində güllələnən azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlunun qatilinin kimliyi və qətlin səbəbi müəyyənləşib.

"Report”un Moskva bürosunun əldə etdiyi məlumata görə, azərbaycanlı iş adamını güllələyərək öldürən şəxs qismində saxlanılan Belarus Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü Tarasau Ruslandır. 

O, saxlanıldığı Arxanegls şəhəri Plesetsk rayonu polisinə günahını etiraf edib. Azərbaycanlı iş adamının rayon ərazisindəki torpaq bölgüsü üstündə yaranan mübahisəyə görə sifariş əsasında öldürüldüyü etiraf olunsa da sifarişçinin kimliyi istintaq sirri olduğu üçün hələlik açıqlanmır.  

Qeyd edək ki, yanvarın 31-də gecə saatlarında Ruslan Hüseynov aldığı beş güllə yarasından hadisə yerində həyatını itirib. Onun nəşi Azərbaycana gətirlərək doğulduğu rayonda dəfn olunub. 

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi