Azərbaycanlı biznesmenə 121 min manatlıq dələdzuluq edən Gürcüstan vətəndaşı məhkəmə zalından azadlığa buraxılıb

Azərbaycanlı biznesmenə 121 min manatlıq dələdzuluq edən Gürcüstan vətəndaşı məhkəmə zalından azadlığa buraxılıb Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Djambulat Alakhverdovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
4 Dekabr , 2018 13:11
Azərbaycanlı biznesmenə 121 min manatlıq dələdzuluq edən Gürcüstan vətəndaşı məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Djambulat Alakhverdovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən şəxs zərərçəkmiş Elvin Musayevə dəymiş zərəri ödəyib.

Məhkəmə zalında iştirak edən E.Musayev D.Alakhverdovdan şikayətçi olmadığını, onunla barışdığını bildirib.

Daha sonra məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı çıxışında D.Alakhverdovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. D.Alakhverdov məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, Gürcüstan vətəndaşı olan D.Alakhverdov azərbaycanlı biznesmen Elvin Musayevə qarşı dələduzluq edib.

Belə ki, o, E.Musayevin etibarından sui-istifadə edərək, Gürcüstandan ona lazer aparatı gətirəcəyi vədini verib. D.Alakhverdov bunun müqabilində zərərçəkmişdən 121 min manat pul alıb. Lakin sonradan o, verdiyi vədə əməl etməyib.

E.Musayevin şikayəti əsasında Azərbaycanda saxlanılan D.Alakhverdovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi