Azərbaycanlı bərbər Smolenskdə silah alverinə görə məhkum olunub

Azərbaycanlı bərbər Smolenskdə silah alverinə görə məhkum olunub O, 2 il 2 ay azadlıqdan məhrum edilib və 20 min rubl məbləğində cərimələnib
Hadisə
27 Oktyabr , 2016 17:29
Azərbaycanlı bərbər Smolenskdə silah alverinə görə məhkum olunub

Bakı. 27 oktyabr. REPORT.AZ/ Rusiyanın Smolensk şəhərində yerləşən gözəllik salonlarından birində bərbər kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı silah alverinə görə məhkum olunub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, istintaqın rəyinə əsasən, o, siqnallı tapançanın hissələri və mexanizmindən istifadə edilməklə hazırlanan iki əldəqayırma tapança və patronlar əldə edərək onları Kaluqa vilayətinin sakininə satıb.

Həmçinin, müəyyən edilib ki, Azərbaycan vətəndaşı Smolenskdə olarkən Rusiya vətəndaşının adına olan saxta pasport düzəldib və ondan istifadə edib.

O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəkməklə 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib və 20 min rubl məbləğində cərimələnib.

Son xəbərlər

Orphus sistemi