​Azərbaycanlı ailənin 6 yaşlı uşağı 10-cu mərtəbədən düşərək ölüb

​Azərbaycanlı ailənin 6 yaşlı uşağı 10-cu mərtəbədən düşərək ölüb Hadisə Rusiyada baş verib
Hadisə
103
27 Aprel , 2016 21:27
​Azərbaycanlı ailənin 6 yaşlı uşağı 10-cu mərtəbədən düşərək ölüb

Bakı. 27 aprel. REPORT.AZ/ Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufada 6 yaşlı uşaq 10-cu mərtəbədən aşağı düşərək həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə Başqırdıstanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 25-i axşam saatlarında baş verib. Altı yaşlı uşağın meyiti Ufanın Kirov rayonunda yerləşən binanın aşağısında aşkar edilib.

Hadisə uşaq otaqda tək olarkən baş verib. 30 yaşlı ana uşağı otağında tək qoyub. Eyni zamanda otağın pəncərəsi havanın dəyişdirilməsi məqsədi ilə açıq olub. Bir müddət sonra otaqdakı səssizlik qadının diqqətini çəkib və o, otağa qaçıb. Ana uşağı otaqda görmədikdə bədbəxt hadisənin baş verdiyini başa düşüb və aşağı qaçıb. Qadın hadisə yerinə çatanda övladında həyat əlamətləri olmayıb. Həkimlər uşağın öldüyünü təsdiq ediblər.

Faktla bağlı yoxlama aparılır. Uşağı nəzarətsiz qoyduğuna görə, ana məsuliyyətə cəlb edilə bilər.

Ailənin Rusiyaya Azərbaycandan gəldiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi