Rusiyada yaşayan azərbaycanlı törətdiyi cinayəti 20 ildən sonra etiraf edib

Rusiyada yaşayan azərbaycanlı törətdiyi cinayəti 20 ildən sonra etiraf edib Altay Diyarı Komitəsinin müstəntiqləri 20 il əvvəl adam öldürməkdə günahlandırılan azərbaycanlı barəsində olan cinayət işinin istintaqını tamamlayıb.
Hadisə
23 Aprel , 2019 10:39
Rusiyada yaşayan azərbaycanlı törətdiyi cinayəti 20 ildən sonra etiraf edib
0 : 00
0 : 00

Altay Diyarı Komitəsinin müstəntiqləri 20 il əvvəl adam öldürməkdə günahlandırılan azərbaycanlı barəsində olan cinayət işinin istintaqını tamamlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Rusiyanın regionlarından birinin ərazisində saxlanılmış azərbaycanlı cinayət işinin istintaqı zamanı günahkar olduğunu etiraf edib.

İstintaqın məlumatına görə, 1999-cu ildə Barnaul şəhərində yeni il gecəsində azərbaycanlı paltar satıcısı ilə mübahisə edib, ardından onu bıçaqlayaraq hadisə yerindən qaçıb. Sonradan satıcı ölüb, azərbaycanlı isə axtarışa verilib.

Amma o, Qazaxıstanda vətəndaşlıq əldə edərkən şəxsi məlumatlarını tamamilə dəyişib və bu səbəbdən sonradan Rusiyaya sərbəst səfər etmək imkanı qazanıb.

Təqsirləndirilən şəxsin cinayət törətdiyini etiraf etməsindən sonra tamamlanmış istintaq materialları açılmış cinayət işi çərçivəsində məhkəməyə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi