Azərbaycan yanğınsöndürənlərinin növbəti qrupu Ordu əyalətinə çatıb

Azərbaycan yanğınsöndürənlərinin növbəti qrupu Ordu əyalətinə çatıb Burada FHN əməkdaşlarını rəsmi şəxslərlə yanaşı, yerli sakinlər qarşılayıblar.
Hadisə
391
2 Avqust , 2021 14:01
Azərbaycan yanğınsöndürənlərinin növbəti qrupu Ordu əyalətinə çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu qardaş Türkiyədə yanğınların baş verdiyi ərazilərə doğru istiqamət edir.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, quru yolla qardaş ölkəyə gedən Azərbaycan FHN əməkdaşları hazırda Ordu ərazisinə daxil olub.

Burada FHN əməkdaşlarını rəsmi şəxslərlə yanaşı, yerli sakinlər qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyə Respublikasına yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 252 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Son xəbərlər

Orphus sistemi