Azərbaycan xilasediciləri sağ olduğu ehtimal edilən uşağı dağıntılar altından çıxarmağa çalışırlar

Azərbaycan xilasediciləri sağ olduğu ehtimal edilən uşağı dağıntılar altından çıxarmağa çalışırlar Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Hadisə
7 Fevral , 2023 17:19
Azərbaycan xilasediciləri sağ olduğu ehtimal edilən uşağı dağıntılar altından çıxarmağa çalışırlar

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, FHN-in xilasediciləri Azərbaycan bulvarı küçəsindəki binaların birində dağıntılar altında qaldığı ehtimal edilən azyaşlının çıxarılması istiqamətində işlər aparır.

Yerli sakinlər azyaşlının səsini eşitdiyini söyləyib. Daha sonra Azərbaycanın xilasediciləri axtarışlar başlayıb.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Qeyd edək ki, gün ərzində Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından ümumilikdə 6 nəfərin meyiti çıxarılıb.

Son xəbərlər

Orphus sistemi