Azərbaycanın şimalında güclü külək kənd təsərrüfatına ciddi zərər vurub - FOTO

Azərbaycanın şimalında güclü külək kənd təsərrüfatına ciddi zərər vurub - FOTO Azərbaycanın şimalında güclü külək kənd təsərrüfatına ciddi zərər vurub.
Hadisə
23 Avqust , 2019 22:13
Azərbaycanın şimalında güclü külək kənd təsərrüfatına ciddi zərər vurub - FOTO

Azərbaycanın şimalında güclü külək kənd təsərrüfatına ciddi zərər vurub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, respublikanın şimal zonasında axşam saatlarında əsən güclü külək ağaclardakı meyvələri yerə töküb.

Güclü külək QubaXaçmaz rayonlarında, həmçinin Xudat şəhərində meyvə bağlarında və fərdi təsərrüfatların ağaclarındakı meyvələri yerə tökməklə yanaşı, ağacların budaqlarını da zədələyib.

Qeyd edək ki, əksər meyvələr payız aylarında yetişir. Bunlardan qoz, alma, armud, şaftalı yerə tökülüb. Nəticədə təsərrüfat sahiblərinə ciddi ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi