Azərbaycanın şimal-qərb rayonlarına yağan dolu kəndlərə ziyan vurub

Azərbaycanın şimal-qərb rayonlarına yağan dolu kəndlərə ziyan vurub Qax rayonunun Tasmalı və Zəyəm kəndlərinə verilən elektrik enerjisi kəsilib
Hadisə
12 Sentyabr , 2015 15:23
Azərbaycanın şimal-qərb rayonlarına yağan dolu kəndlərə ziyan vurub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Azərbaycanın şimal-qərb rayonlarına dolu yağıb. "Report" xəbər verir ki, təqribən 10-15 dəqiqə fasiləsiz yağan dolu ziyansız ötüşməyib.

Səhər saat 05:30 radələrində anidən yağan dolu Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax rayonu ərazisindən keçən hissəsində magistral yola yaxın Zəyəm, Tasmallı, Lələpaşa, Qorağan, Qındırğa və Marsan kəndlərindəki fərdi təsərrüfatlara ziyan vurub.

Tasmalı kənd sakini Ümidvar Yusifovun "Report"a verdiyi məlumata görə, o, belə dolu yağmasının 14 il öncə şahidi olub.

İntensiv yağan dolu Tasmalı və Zəyəm kəndlərində qoz iriliyində müşahidə olunub. Kənd sakinlərinin meyvə bağlarına, həyətlərində olan alma, armud, üzüm, nar ağaclarına ziyan dəyib. Bəzi köhnə dam örtükləri yararsız vəziyyətə düşüb.

Qax rayonunun Tasmalı və Zəyəm kəndlərində elektrik naqilləri qırıldığından, kəndlərə verilən elektrik enerjisi kəsilib. Hələlik elektriki bərpa etmək mümkün olmayıb.

Qeyd edək ki, hazırda dolunun ziyan vurduğu ərazilərdə əhaliyə dəymiş ziyanı dəqiqləşdirmək üçün işlər aparılır.

Son xəbərlər

Orphus sistemi