Azərbaycanın Şimal-Qərb bölgəsinə ilk qar yağıb - FOTO

Azərbaycanın Şimal-Qərb bölgəsinə ilk qar yağıb - FOTO Qar Qax rayonunun İlisu kəndinə yaxın yüksək dağ zirvələrinə düşüb
Hadisə
24 Sentyabr , 2016 18:44
Azərbaycanın Şimal-Qərb bölgəsinə ilk qar yağıb - FOTO

Qax. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanın Şimal-Qərb bölgəsində yerləşən Qax rayonuna ilk qar yağıb.

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, qar Böyük Qafqaz sıra dağlarının cənub ətəyinə, Qax rayonunun İlisu kəndinə yaxın yüksək dağ zirvələrinə yağıb.

Qarın düşdüyü zirvə dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşir.

Rayona qarın yağması nəticəsində havanın temperaturu da aşağı düşüb.

Son xəbərlər

Orphus sistemi