Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ baş verib - FOTO

Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ baş verib - FOTO Yeraltı təkanlar 4 bala qədər hiss olunub
Hadisə
20 Dekabr , 2016 21:14
Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ baş verib - FOTO

Zaqatala. 20 dekabr. REPORT.AZ/ Azərbaycanın Şimal-Qərb bölgəsində zəlzələ baş verib.

"Report"un Şimal-Qərb bürosunun verdiyi məlumata görə, təbii fəlakət Zaqatala, Balakən və Qax rayonlarında hiss olunub.

"Report" xəbər verir ki, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi məlumatı təsdiqləyib.

Mərkəzin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 20:40-da Zaqataladan 20 km. Şimal-Qərbdə, Balakəndə qeydə alınıb. Zəlzələ Balakən-Zaqatalada 4 bala qədər, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub. Zəlzələ yerin 3 km. dərinliyində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi