​Azərbaycanın sabiq naziri xəstəxanadan cəzaçəkmə müəssisəsinə qaytarılıb

​Azərbaycanın sabiq naziri xəstəxanadan cəzaçəkmə müəssisəsinə qaytarılıb Nicat Quliyevin vəziyyəti normaldır
Hadisə
6 İyul , 2015 12:17
​Azərbaycanın sabiq naziri xəstəxanadan cəzaçəkmə müəssisəsinə qaytarılıb

Bakı. 6 iyul. REPORT.AZ / Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsindən saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov "Report"a açıqlamasında deyib ki, hazırda N.Quliyevin vəziyyəti normaldır.

Xatırladaq ki, N.Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Sabiq nazir Abşeron Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib.

Son xəbərlər

Orphus sistemi