Azərbaycanın Rohingya müsəlmanlarına göndərdiyi humanitar yardım ünvana çatdırılıb - VİDEO

Azərbaycanın Rohingya müsəlmanlarına göndərdiyi humanitar yardım ünvana çatdırılıb - VİDEO 100 ton humanitar yardım Banqladeş hökümətinin nümayəndələrinə təhvil verilib
Hadisə
9 Sentyabr , 2017 21:21
Azərbaycanın Rohingya müsəlmanlarına göndərdiyi humanitar yardım ünvana çatdırılıb - VİDEO
Foto: fhn.gov.az

Bakı. 9 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən sentyabrın 8-də axşam saatlarında 100 ton humanitar yardım göndərilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilmış gündəlik tələbat malları və ərzaq məhsullarından ibarət humanitar yardım sentyabrın 9-u Dəkkə Həzrət Şahcəlal Beynəlxalq aeraportunda Banqladeş hökümətinin nümayəndələrinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi