Gürcüstanda baş vermiş zəlzələ Azərbaycanın sərhəd bölgəsində hiss edilib - ƏLAVƏ OLUNUB

Gürcüstanda baş vermiş zəlzələ Azərbaycanın sərhəd bölgəsində hiss edilib - ƏLAVƏ OLUNUB Hələlik dağıntı barədə hər hansı məlumat yoxdur
Hadisə
7 İyun , 2017 22:34
Gürcüstanda baş vermiş zəlzələ Azərbaycanın sərhəd bölgəsində hiss edilib - ƏLAVƏ OLUNUB
Courtesy İmage

Gəncə. 7 iyun. REPORT.AZ/ Gürcüstanda baş vermiş zəlzələ Azərbaycanın qərb və şimal-qərb bölgəsində - sərhəd rayonlarında təxminən 3 bal gücündə qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yeraltı təkanlar saat 22:30 radələrində respublikamızın Qərb bölgəsində yerləşən bir sıra şəhər və rayonlarda baş verib.

Zəlzələ əsasən Tovuz, Qazax, Daşkəsən, Goranboy, Şəmkir, Ağstafa və Göygöl rayonlarında, habelə Gəncə şəhəri ərazisində hiss edilib. Zəlzələ Gürcüstanda olduğu üçün yeraltı təkanlar bu ölkəyə ən yaxın olan Qazaxda daha çox hiss edilib. Qazaxda bəzi yaşayış binalarının sakinləri evlərini tərk ediblər. Rayondakı bəzi evlərdə rəflərə yığılan qab-qacaqlar, bir sıra mağazalarda içki şüşələri rəflərdən aşıb sınıb. Şəhərdə və rayonun Gürcüstana yaxın kəndlərində bəzi sakinlər növbəti zəlzələdən ehtiyat edərək bir neçə dəqiqə evlərinə getməyiblər.

Azərbaycan Milli Elimlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, Qazaxdan 52 kilometr şimal-şərq istiqamətində Gürcüstan ərazisində zəlzələ baş verib. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

Son xəbərlər

Orphus sistemi