Güclü külək Gəncədə bir sıra fəsadlar törədib - VİDEO - YENİLƏNİB-2

Güclü külək Gəncədə bir sıra fəsadlar törədib - VİDEO - YENİLƏNİB-2 Video əlavə olunub
Hadisə
20 May , 2019 14:56
Güclü külək Gəncədə bir sıra fəsadlar törədib - VİDEO - YENİLƏNİB-2

Video əlavə olunub


*** 02:58

Azərbaycanın Qərb bölgəsində əsən güclü külək bir sıra fəsadlar törədib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bəzi yerlərdə işıq dirəkləri aşıb, elektrik xətləri sıradan çıxıb, bir binanın dam örtüyü dağılıb, bir neçə ağac aşıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən işlərə başlanılıb.

Axşam saatlarından başlayaraq Qərb bölgəsində güclü külək əsib, ildırım çaxıb. Gəncə, Şəmkir və Daşkəsəndə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.


*** 22:59, 19 may

Axşam saatlarından başlayaraq Gəncə, Daşkəsən, Göygöl, Şəmkir, Samux və Gədəbəy rayonlarında güclü külək və yağışlı hava şəraiti müşahidə olunur.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhəri, həmçinin Daşkəsən və Şəmkir rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Fırtına səbəbindən Daşkəsən şəhərində irigövlədi ağac kökündən çıxaraq yola aşıb.

Hava şəraitinin kəskin dəyişməsi səbəbindən bölgədə ciddi fəsadların yaranıb-yaranmaması ilə bağlı hələ ki, məlumat yoxdur.

"Azərişıq" ASC Qərb rayonlarında güclü külək və yağıntılar səbəbindən bir sıra qabaqlayıcı tədbirlər görüb. Baş verə biləcək qəza və hadisələrin qarşısını almaq üçün qurum əməkdaşları və texnikası hazır vəziyyətə gətirilib.

Son xəbərlər

Orphus sistemi