Azərbaycanın məşhur yazıçısının oğlunun apellyasiya şikayəti təmin edilməyib

Azərbaycanın məşhur yazıçısının oğlunun apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
30 Avqust , 2017 09:16
Azərbaycanın məşhur yazıçısının oğlunun apellyasiya şikayəti təmin edilməyib
Report

Bakı. 30 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ə.Kərimzadənin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ə.Kərimzadə dələduzluq yolu ilə dörd vətəndaşdan 60 min manatdan çox pul alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Kərimzadə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ə.Kərimzadə apellyasiya şikayəti verib.

Xatırladaq ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.

Son xəbərlər

Orphus sistemi