Azərbaycanın məşhur bankı turizm şirkətini məhkəməyə verib

Azərbaycanın məşhur bankı turizm şirkətini məhkəməyə verib Bank borcun ödənilməsini tələb edir
Hadisə
10 Oktyabr , 2015 10:58
Azərbaycanın məşhur bankı turizm şirkətini məhkəməyə verib

Bakı. 10 oktyabr. REPORT.AZ/ "NBC Bank" Açıq Səhmdar Cəmiyyəti (ASC) "Gold Traver" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

“Report”un məlumatına görə, bank borcun ödənilməsini tələb edir. İddia olunan borcun məbləği açıqlanmayıb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, 1992-ci ildə “Ruzu” SKB kimi fəaliyyətə başlayan bank 2002-ci ildə adında dəyişiklik edilərək “NBC Bank” Kommersiya Bankı (KB) olub. Azərbaycanın bir neçə şəhər və regionlarında filialları olan bank 2005-ci ildə Açıq Səhmdar Cəmiyyətinə çevrilib. “NBC Bank”ın təsisçi şirkəti isə “Nurgün Qrup” MMM-dir.

"Gold Traver" MMC isə turizm şirkətidir.  

Son xəbərlər

Orphus sistemi