Azərbaycanın iki vətəndaşı Rusiyada 11 il həbs cəzasına məhkum edilib

Azərbaycanın iki vətəndaşı Rusiyada 11 il həbs cəzasına məhkum edilib Həştərxanda soyğunçuluq və oğurluqda ittiham olunan Azərbaycan vətəndaşları ilə bağlı iş üzrə məhkəmə prosesi keçirilib
Hadisə
2 Noyabr , 2017 11:33
Azərbaycanın iki vətəndaşı Rusiyada 11 il həbs cəzasına məhkum edilib

Bakı. 2 noyabr. REPORT.AZ/ Rusiyada Həştərxan şəhərinin Nərimanov rayon prokurorluğu soyğunçuluq və oğurluqda ittiham olunan 2 Azərbaycan vətəndaşı ilə bağlı cinayət işi üzrə dövlət ittihamını dəstəkləyib.

"Report" "Həştərxan-FM" radiostansiyasına istinadən xəbər verir ki, hər bir şəxsə 11 il həbs cəzası verilib.

Məhkəmə müəyyən edib ki, Azərbaycan vətəndaşları ötən ilin iyulunda zərərçəkənin avtomobilinə əyləşərək ona bıçaqla hədə-qorxu gəlib və ondan yarlm milyon rubl məbləğində pul alıb, sonra da onu döyüblər. Ardından cinayətkarlar zərərçəkənin avtomobili ilə hadisə yerindən qaçıblar.

Son xəbərlər

Orphus sistemi