Azərbaycanın iki rayonunda yabanı halda bitən çətənə kolları aşkar olunub

Azərbaycanın iki rayonunda yabanı halda bitən çətənə kolları aşkar olunub Çətənə kolları məhv edilib
Hadisə
9 İyul , 2015 13:26
Azərbaycanın iki rayonunda yabanı halda bitən çətənə kolları aşkar olunub

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycanın iki rayonunda yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Beyləqan rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərq qəsəbəsində yabanı halda bitən, çəkisi 230 kiloqram olan 132 ədəd, Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novosaratovka kəndində yabanı halda bitən, çəkisi 946 kq olan 1980 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Son xəbərlər

Orphus sistemi