Azərbaycanın iki rayonunda çətənə kolu aşkar edilib

Azərbaycanın iki rayonunda çətənə kolu aşkar edilib Çətənə kolunun aşkar olunduğu evlərdən biri əvvəllər məhkum olunan şəxsə aid olub
Hadisə
14 İyul , 2015 13:43
Azərbaycanın iki rayonunda çətənə kolu aşkar edilib

Bakı. 14 iyul. REPORT.AZ/ İsmayıllı və Göygöl rayonunda çətənə kolları aşkar edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, İsmayıllı rayon sakini H. Abdurazaqova məxsus həyətyanı sahədən çətənə kolları aşkar edilərək götürülüb. Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı kənd sakini, əvvəllər məhkum olunmuş Hikmət Abdurazaqova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən, çəkisi 18 kiloqram olan 57 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bundan başqa, Göygöl şəhəri ərazisində kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb. Göygöl RPŞ əməkdaşları şəhər sakinləri İntiqam Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 8 ədəd çətənə kolu, özündən isə 655,91 qram marixuana, Sahib Məmmədova məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 3 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi