Azərbaycanın idman gimnastları Dünya Kubokunda ilk çıxışlarını başa vurublar

Azərbaycanın idman gimnastları Dünya Kubokunda ilk çıxışlarını başa vurublar Azərbaycanın idman gimnastları Bakıda keçirilən Dünya Kubokunda çıxışlarına start veriblər.
Fərdi
14 Mart , 2019 13:16
Azərbaycanın idman gimnastları Dünya Kubokunda ilk çıxışlarını başa vurublar

Azərbaycanın idman gimnastları Bakıda keçirilən Dünya Kubokunda çıxışlarına start veriblər.

"Report" xəbər verir ki, sərbəst hərəkətlərdə Murad Ağarzayev 14,066 xal, İvan Tixonov isə 13,200 xal alıb.

Marina Nekrasova müxtəlif hündürlüklü qollarda 11,433 xala layiq görülüb. Nikita Simonov isə halqalarla 14.333 xal toplayıb. 

Qeyd edək ki, yarış “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Dörd gün davam edəcək turnirdə 41 ölkədən 170 gimnast mübarizə aparır. İlk iki gündə təsnifat, sonrakı iki gün ərzində isə final mərhələləri olacaq. Martın 15-də isə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi