Azərbaycanın İstanbuldakı baş konsulu bələdiyyə sədri ilə görüşdü

Azərbaycanın İstanbuldakı baş konsulu bələdiyyə sədri ilə görüşdü Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev Beşiktaş Bələdiyyəsinin sədri Rıza Akpolatla görüşüb.
Hadisə
11 Mart , 2020 19:43
Azərbaycanın İstanbuldakı baş konsulu bələdiyyə sədri ilə görüşdü

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev Beşiktaş Bələdiyyəsinin sədri Rıza Akpolatla görüşüb.

"Report"un yerli bürosu xəbər verir ki, M.Hacıyev R.Akpolatı bələdiyyə sədri seçilməsi münasibəti ilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

M.Hacıyev iki qardaş ölkə arasında sahəvi əməkdaşlıq münasibətlərinin daha da inkişaf etməsi məqsədilə birgə layihələrin əhəmiyyətindən söz açıb. Öz növbəsində, baş konsula nəzakət ziyarəti üçün təşəkkür edən R.Akpolat ölkəmizlə müvafiq əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə hər zaman açıq olduğunu deyib.

Görüşdə iki ölkə arasında birgə layihələrin icra olunmasının əhəmiyyəti vurğulanıb və gələcəkdə mümkün əməkdaşlıq sahələrinin işlənib hazırlanması istiqamətində birgə fəaliyyətin dəstəklənəcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi