Azərbaycanın İrandakı keçmiş səfiri vəfat edib

Azərbaycanın İrandakı keçmiş səfiri vəfat edib Əliyar Səfərli 80 yaşında ürək xəstəliyindən dünyasını dəyişib
Hadisə
4 Yanvar , 2017 12:34
Azərbaycanın İrandakı keçmiş səfiri vəfat edib

Bakı. 4 yanvar. REPORT.AZ/ Azərbaycanın İrandakı keçmiş səfiri, filologiya elmlər doktoru, professor Əliyar Səfərli vəfat edib. 

"Report" xəbər verir ki, o, 80 yaşında ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Səfərli 1937-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Anabad kəndində anadan olub. O, 1994-1998-ci illərdə Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri işləyib.

Ə.Səfərli Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü idi.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi