Yuxarı

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda tutulub

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

“Report” xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 206-cı (Qaçaqmalçılıq) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan 35 yaşlı Ramiz Rüstəmov Gürcüstanda saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi