Azərbaycanın güllələnmiş keçmiş daxili işlər nazirinin həyat yoldaşı vəfat edib

Azərbaycanın güllələnmiş keçmiş daxili işlər nazirinin həyat yoldaşı vəfat edib Ədilə Heydərova 30 ilə yaxın Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri işləyib
Hadisə
17 Noyabr , 2015 10:35
Azərbaycanın güllələnmiş keçmiş daxili işlər nazirinin həyat yoldaşı vəfat edib

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanın kabinetində güllələnərək qətlə yetirilən keçmiş daxili işlər naziri general-leytenant Arif Heydərovun həyat yoldaşı Ədilə Heydərova dünyasını dəyişib. 

"Report" xəbər verir ki, Ə.Heydərova 80 yaşında vəfat edib. 

O, 30 ilə yaxın Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri işləyib. Yaşla əlaqədar 2006-cı ildə vəzifəsindən uzaqlaşıb. 

Qeyd edək ki, Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə Ədilə Xeyrulla qızı Heydərova 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. Eyni zamanda, dövlət başçısı 2006-cı ildə ona Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

Xatırladaq ki, Arif Heydərov 1970-ci ildən 1978-ci ilə qədər Azərbaycan SSR-nin daxili işlər naziri işləyib.1978-ci il iyunun 30-da A.Heydərov kabinetində güllələnərək qətlə yetirilib. 

Son xəbərlər

Orphus sistemi